Qətərin “Əl-Sədd” futbol klubu İspaniyanın “Barselona” klubunun yarımmüdafiəçisi, almaniyalı İlkay Gündoğana transfer təklifi edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” qəzeti məlumat yayıb.
Futbolçunun ispan klubu ilə müqaviləsi 2025-ci ilin iyunun sonuna qədər qüvvədədir və daha bir mövsüm uzadılması mümkündür. Bildirilir ki, "Barselona" klubun maliyyə çətinliyi səbəbindən almaniyalını satmaq təklifini nəzərdən keçirə bilər.