Cənubi Koreya və ABŞ silahlı qüvvələri F-18 və F-35 təyyarələrinin iştirakı ilə birgə hava təlimlərinə başlayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Yonhap agentliyi məlumat yayıb.
Məlumata görə, manevrlərin məqsədi KXDR-dən gələn təhlükəni nəzərə alaraq, qarşılıqlı fəaliyyət və birgə döyüş imkanlarını gücləndirməkdir.
Təlim avqustun 8-dək davam edəcək və Seulun cənubundakı Suvon şəhərindəki aviabazadan istifadə ediləcək. Təlimlərdə Cənubi Koreya tərəfi F-16, FA-50, KA-1 və F-15K təyyarələrindən istifadə edəcək.
Təlimlərə qırıcı manevrləri, hava dəstəyi, hava əks tədbirləri və müttəfiqlərin hava qüvvələri arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsi üçün hava hücumundan müdafiə daxildir.