İsrail ordusu İordan çayının qərb sahilində reydlər keçirib

08:32 - 23 İyul 2024 - DÜNYA

İsrail Müdafiə Qüvvələri (IDF) işğal altındakı İordan çayının qərb sahilində reydlər və həbslər həyata keçirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Xəbər verildiyi kimi, İsrail əsgərləri bu gün səhər tezdən Hebron əyalətinin Sair qəsəbəsinə hücum edib və orada bir fələstinlini güllələyiblər. Tulkarmın cənubundakı Ezbet Şufa kəndində İDF bölmələri bir fələstinli, Şərqi Qüdsün Silvan məhəlləsində 15 yaşlı yeniyetməni həbs ediblər.

Xəbər xətti