Perunun Tarma əyalətində avtobusun 200 metr hündürlükdən dərəyə aşması nəticəsində azı 9 nəfər ölüb.
Ucnoqta.az xəbər verir ki, maşında orkestr musiqiçiləri olub.
Məlumata görə, qrup konsert verməli olduqları Limaya gedirmiş. Ümumilikdə avtobusda 20 musiqiçi olub, onlardan 8-i ölüb, daha 11-i yaralanıb. İlkin məlumata görə, qəzada ölən sürücü digər avtomobildən yayınmağa çalışsa da, idarəetməni itirərək dərəyə aşıb.