Panama sahillərində 5,8 bal gücündə zəlzələ qeydə alınıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri 10 km dərinlikdə yerləşib.
Sunami, tələfat və dağıntılar barədə məlumat verilməyib.