ABŞ dövlət katibi Entoni Blinken yaxın günlərdə Asiya-Sakit Okean regionu ölkələrinə turneyə gedəcək və bu ölkələrin rəhbərliyi ilə Ukrayna və Cənubi Çin dənizindəki (CQD) vəziyyəti müzakirə edəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə onun Şərqi Asiya və Sakit Okean məsələləri üzrə köməkçisi Daniel Kritenbrink jurnalistlər üçün xüsusi brifinqdə bildirib.
O bildirib ki, dövlət katibi ilk növbədə Laosa səfər edəcək və burada Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasına (ASEAN) daxil olan ölkələrin xarici işlər nazirləri ilə görüşlərdə iştirak edəcək. Amerika diplomatiyasının rəhbəri, həmçinin “Cənubi Çin dənizində beynəlxalq hüquqa riayət olunmasının təşviq edilməsini” müzakirə edəcək və Rusiyanın Ukraynadakı xüsusi əməliyyatını bir daha pisləyəcək.