Böyük Britaniya İtaliya və Yaponiya ilə birlikdə Farnboroda keçirilən beynəlxalq aviasiya sərgisində (22-26 iyul) 2035-ci ilə qədər hazır olacaq altıncı nəsil qırıcının yeni konseptual modelini təqdim edib.
Ucnoqta.az xəbər verir ki, BAe Systems müdafiə korporasiyasının liderlərindən biri Herman Klasenin jurnalistlərə verdiyi məlumata görə, Qlobal Döyüş Hava Proqramı (GCAP) layihəsi üzrə ilkin işlər əsasən başa çatıb.
Klasen qeyd edib ki, Mitsubishi Electric Corporation və Leonardo da daxil olmaqla tərəfdaşlar 2025-ci ildə qırıcının dizayn və inkişaf mərhələsinə keçəcəklər.
Klsaenin sözlərinə görə, əvvəlki prototiplərdən daha böyük qanad genişliyinə malik yeni model gələcək qırıcı konseptinin dizaynında və inkişafında əhəmiyyətli irəliləyiş nümayiş etdirir.
GCAP nümayəndələrinin fikrincə, döyüş təyyarəsi dünyanın ən qabaqcıl, qarşılıqlı fəaliyyət göstərə bilən, uyğunlaşa bilən və bir-biri ilə əlaqəli döyüş təyyarələrindən biri olacaq. O, intellektual silah sistemi, proqram təminatı ilə idarə olunan interaktiv kokpit, quraşdırılmış sensorlar və mövcud sistemlərdən 10 000 dəfə çox məlumatı emal edə bilən, döyüşdə həlledici üstünlük təmin edən güclü yeni nəsil radarla təchiz ediləcək.