Brent markalı neftin qiyməti iyunun 14-dən bəri ilk dəfə aşağı düşüb
Ucnoqta.az xəbər verir ki, Londonun ICE birjasında Brent markalı neftin sentyabr fyuçerslərinin qiyməti 2024-cü il iyunun 14-dən bəri ilk dəfə 82 dollar/bareldən aşağı düşüb.
Birja məlumatlarına əsasən, Brent markalı neftin qiyməti 0,99% azalaraq 1 barelə görə 81,98 dollar təşkil edib.
Eyni zamanda, WTI markalı xam neftin sentyabr çatdırılması üçün fyuçersləri 1,31% dəyər itirərək bir barel üçün 77,92 dollara düşüb.