Meksikada polisin kəşfiyyat rəhbəri küçədə güllələnib

16:38 - 22 İyul 2024 - DÜNYA

Naməlum şəxslər paytaxt ştatının eyniadlı Koakalko bələdiyyəsində xüsusi əməliyyatlar departamentinin rəhbəri və Mexiko polisinin kəşfiyyat rəhbəri Milton Morales Fiqeroanı qətlə yetiriblər.

Ucnoqta.az xəbər verir ki, bu barədə Meksika paytaxtının İctimai Təhlükəsizlik Katibliyinin rəhbəri Pablo Vaskes Kamaço məlumat verib.

Məlumata görə, Fiqeroanı küçədə olarkən naməlum şəxs güllələyib. Hücum edən şəxs daha sonra qaçıb. Polislə birlikdə onun kürəkəni və hüquq-mühafizə orqanlarının əməkdaşlarından birinin də vəziyyəti barədə məlumat verilmir.

Xəbər xətti