Çində daşqınlar azı 10 nəfər həlak olub

14:56 - 22 İyul 2024 - DÜNYA

Çinin cənub-qərbindəki Siçuan əyalətində baş verən daşqınlar nəticəsində azı 10 nəfər ölüb, 29 nəfər itkin düşüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə “China Daily” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, təbii fəlakət şəhərin Yaan rayonunda baş verib. Bildirilir ki, 1,5 min insan fəlakət zonasında qalıb.

Axtarış-xilasetmə əməliyyatını həyata keçirmək üçün yerli hakimiyyət orqanları xüsusi texnikadan istifadə edib.

Xəbər xətti