Avropa İttifaqının Xarici İşlər Nazirliyinin rəhbərləri Ermənistana 10 milyon avro dəyərində çadırlar şəklində hərbi yardım göstərmək qərarına gəliblər.
Ucnoqta.az xəbər evrir ki, Bu barədə Aİ Şurasının bəyanatında deyilir.
Məlumata görə, bu satınalmaların maliyyələşdirilməsi Avropa Sülh Fondu vasitəsilə həyata keçiriləcək.
Bildirilir ki, bu gün Aİ Şurası 10 milyon avro məbləğində Avropa Sülh Fondu çərçivəsində Ermənistana dəstək tədbirlərini təsdiqləyib.
"Bu xüsusi tədbirə batalyon səviyyəli bölmə üçün tam hüquqlu çadır düşərgəsi verilməsi daxildir."