Baydenin donorlarından biri Harrisə maddi dəstək verməkdən imtina edib

12:29 - 22 İyul 2024 - DÜNYA

Demokratlar Partiyasının və prezident Co Baydenin əsas donoru Con Morqan bildirib ki, Amerika lideri yenidən seçilməkdən imtina etdikdən sonra seçkilərdə iştirak etmək niyyətində olan vitse-prezident Kamala Harrisi dəstəkləmək üçün vəsait toplamayacaq.

Ucnoqta.az xəbər verir ki, bu barədə Morgan ABC News-a deyib.

Onun sözlərinə görə, əgər Trampın kampaniyası rəqibini Demokratlar Partiyasından seçə bilsəydi, Harrisi seçərdi.

"Əgər o, namizəd olarsa, bu axşam Mar-a-Laqoda əsl bayram olacaq", - investor əlavə edib.

Xəbər xətti