Gürcüstan prezidenti Salome Zurabişvilinin Konstitusiya Məhkəməsində xarici agentlər haqqında qanuna qarşı iddiasının heç bir perspektivi olmayacaq.
Ucnoqta.az xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.
“Düşünürəm ki, bu məhkəmə prosesinin heç bir perspektivi olmayacaq” – deyə Kobaxidze bildirib.
İyulun 15-də Zurabişvilinin xarici agentlər haqqında qanuna qarşı iddia ilə Konstitusiya Məhkəməsinə müraciət edəcəyi məlum olub. Daha sonra Gürcüstanın 100-dən çox qeyri-hökumət təşkilatı Konstitusiya Məhkəməsində qanuna qarşı iddia qaldırdıqlarını açıqlayıb.///tass