İranın Xəzər dənizindəki ərazi sularında Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus gəminin iştirakı ilə dəniz təhlükəsizliyini təmin etmək məqsədilə hərbi dəniz təlimləri başlayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə təlimin rəsmi nümayəndəsi, birinci dərəcəli kapitan Abbas Həsəni məlumat verib.
Bildirilir ki, manevrlərdə həm Hərbi Dəniz Qüvvələrinin gəmiləri, həm də hərbi dəniz aviasiyasının nümayəndələri, o cümlədən “Dərəfş”, “Separ” və “Peykan” idarəolunan raket esminesləri, iki AB-212 helikopteri və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, İslam İnqilabı Hərbi Dəniz Qüvvələrinin elit bölmələri) “Şəhid Bəsir” gəmisi iştirak edəcək.
Həmçinin Rusiyanın SB-45 gəmisi bu yaxınlarda İranın ərazi sularına daxil olub və təlimlərdə iştirak edəcək. Həsəninin sözlərinə görə, Xəzəryanı ölkələrin nümayəndələri manevrlərdə müşahidəçi qismində iştirak edirlər.