Rusiyanın baş prokuroru Şimali Koreyaya gedib

10:24 - 22 İyul 2024 - DÜNYA

Rusiyanın baş prokuroru İqor Krasnov ilk dəfə KXDR-ə işgüzar səfərə gəlib.

Ucnoqta.az xəbər verir ki,bBu barədə TASS-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Krasnov Pxenyanda həmkarı ilə görüşəcək və digər rəsmi şəxslərlə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edəcək. Həmçinin Rusiya Baş Prokurorluğu ilə KXDR Mərkəzi Prokurorluğu arasında 2024-2026-cı illər üçün əməkdaşlıq proqramının və yenilənmiş əməkdaşlıq sazişinin imzalanması planlaşdırılır.

Xəbər xətti