Tayvanda Silahlı qüvvələrin bütün qollarını əhatə edən illik və ən böyük təlim başlayıb.
Ucnoqta.az xəbər verir ki, adanın Mərkəzi Xəbər Agentliyinin verdiyi məlumata görə, Hanguang adlanan bu ilki manevrlər materik Çin tərəfindən Tayvanı mühasirəyə almaq cəhdi halında kritik təchizat xətlərini təmin etmək qabiliyyətini sınaqdan keçirəcək.
Canlı atəşli təlimlər iyulun 26-dək gecə-gündüz keçiriləcək. Tapşırıqlara, xüsusən, mühüm infrastrukturun müdafiəsinin sınaqdan keçirilməsi və döyüş şəraitində xaricdən təchizatın təmin edilməsi daxildir.