Yəmənin Hudeydə liman şəhərində yerləşən bir neçə neft obyekti hava zərbələrinə məruz qalıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Yəmənin “Ənsar Allah” qiyamçı hərəkatına yaxın olan “Əl Məsirə” telekanalı məlumat yayıb.
Məlumata görə, Hudeydəyə hücumun hədəfi liman ərazisindəki neft obyektləri olub. Telekanalın məlumatına görə, İsrailin Yəmənin Hudeydə limanına basqın etməsi nəticəsində ölən və yaralananlar var.