“Hizbullah” silahlı birləşmələri işğal altındakı Colan təpələrində İsrail hərbçilərinin mövqelərinə raket zərbəsi endirib.
Ucnoqta.az xəbər verir ki, Al Mayadeen telekanalının verdiyi məlumata görə, Colan və Qalileya çıxıntısına çoxsaylı raket sistemlərindən 50-dən çox mərmi atılıb.
Məlumata görə, silahlılar bu əməliyyatı İsrail Hərbi Hava Qüvvələrinin Livanın cənubundakı Burj əl-Muluk kəndinə hücumuna cavab olaraq həyata keçirib və burada 4 mülki şəxs yaralanıb.