"Hizbullah" Colan təpələrinə 50 raket buraxıb

17:53 - 20 İyul 2024 - DÜNYA

“Hizbullah” silahlı birləşmələri işğal altındakı Colan təpələrində İsrail hərbçilərinin mövqelərinə raket zərbəsi endirib.

Ucnoqta.az xəbər verir ki, Al Mayadeen telekanalının verdiyi məlumata görə, Colan və Qalileya çıxıntısına çoxsaylı raket sistemlərindən 50-dən çox mərmi atılıb. 

Məlumata görə, silahlılar bu əməliyyatı İsrail Hərbi Hava Qüvvələrinin Livanın cənubundakı Burj əl-Muluk kəndinə hücumuna cavab olaraq həyata keçirib və burada 4 mülki şəxs yaralanıb.

Xəbər xətti