Polşa F-16 qırıcılarını Ukraynaya təhvil verməyəcək - KİV

19:15 - 19 İyul 2024 - DÜNYA

Polşa F-16 qırıcılarını Ukraynaya təhvil vermək niyyətində deyil.

Ucnoqta.az xəbər verir ki, bu barədə PAP agentliyinə respublikanın Müdafiə Nazirliyindəki mənbə məlumat verib.

Məlumata görə, Polşa Nazirlər Kabineti NATO-nun digər müttəfiqlərindən F-16 qırıcılarının Ukraynaya çatdırılmasına yardım da daxil olmaqla, “logistika məsələləri ilə” bağlı qərar qəbul edib.

Xəbər xətti