Ermənistan Rusiyanın 16 erməni şirkətindən meyvə və tərəvəz tədarükünü məhdudlaşdırdığını təsdiqləyib
Ucnoqta.az xəbər verir ki, Rosselxoznadzor iyulun 17-də daxil olan məktubda aprel-iyun aylarında Ermənistandan ixrac edilən meyvə-tərəvəzin daşınmasında pozuntuların aşkar edildiyini və iyulun 15-dən etibarən 16 erməni şirkətinə kənd təsərrüfatı məhsullarının tədarükünün məhdudlaşdırıldığını açıqlayıb.
“İki strukturun mütəxəssislərinin iştirakı ilə danışıqlara başlanılıb” - Ermənistan Qida Təhlükəsizliyi Müfəttişliyi məlumat yayıb.