Britaniy UNRWA-nın maliyyələşdirilməsini bərpa edir

14:37 - 19 İyul 2024 - DÜNYA

Böyük Britaniya BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) maliyyələşdirilməsini bərpa edəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə Britaniya parlamentinin İcmalar Palatasında (aşağı palata) çıxış edən Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi bildirib.

"Mən təsdiq edə bilərəm ki, biz UNRWA-ya maliyyənin dayandırılması məsələsini nəzərdən keçiririk. Böyük Britaniya 21 milyon funt sterlinq məbləğində maliyyə təmin edəcək".

Lammi qeyd edib ki, iyulun 18-də axşam o, Britaniyanın yeni hökumətinin mövqeyini BMT-nin baş katibi Antonio Quterreşin diqqətinə çatdırıb.

Britaniya yanvar ayında təşkilatın bəzi əməkdaşlarının Fələstinin radikal HƏMAS hərəkatı ilə əlaqədə şübhəli bilinməsindən sonra UNRWA-ya maliyyəni dayandırıb.

Xəbər xətti