Peru məhkəməsi üsyanı təşkil etməkdə ittiham olunan Perunun keçmiş prezidenti Pedro Kastilonun həbs müddətini 2025-ci ilin dekabrına qədər uzadıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Peru məhkəməsinin X səhifəsində məlumat yayılıb.
Qeyd olunur ki, məhkəmə üsyan, vəzifə səlahiyyətlərindən sui-istifadə və ictimai asayişin pozulması kimi cinayətlərin istintaqı çərçivəsində Pedro Kastillonun həbs müddətini 18 ay uzadıb.
Məhkəmə, iyunda Castillonun həbs müddətini 14 ay, yəni 2025-ci ilin avqust ayına qədər uzatmış aşağı məhkəmənin qərarından prokurorun şikayətini əsaslı hesab edib. Məhkəmə izahatında eks-prezidentin qaçma riskini qeyd edib.///tass