Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp hesab edir ki, o, Ağ Evə qayıdandan sonra ABŞ Şimali Koreya ilə münasibətləri yaxşılaşdıracaq.
Ucnoqta.az xəbər verir ki, o, Miluokidə çıxışı zamanı deyib.
"Biz qayıdanda onlarla anlaşacağıq. O, məni də bir daha görmək istərdi", - Tramp çıxışı zamanı deyib.
Tramp prezident olarkən “Şimali Koreya ilə yaxşı anlaşdığını” da xatırladıb. “Həqiqət budur ki, bizim opponentlərimiz sülh dünyasını miras aldılar və onu müharibə planetinə çevirdilər”, - Tramp qeyd edib.