“Hizbullah” döyüşçüləri İsrail ordusunun iki briqadasının bazalarına zərbələr endirmək üçün kamikadze dronlardan istifadə ediblər.
Ucnoqta.az xəbər verir ki, bu barədə qurumun Telegram kanalında yerləşdirilmiş bəyanatında deyilir.
Qeyd olunur ki, zərbələr Aşağı Qalileydəki Safed şəhərindən cənub-şərqdə, sərhəddən 15 km aralıda endirilib, nəticədə düşmən sıralarında ölən və yaralananlar var.
PUA-lar Qərbi Qalileydəki Yaara qəsəbəsinin cənubunda İsrailin 300-cü briqada bazasına hücumda istifadə edilib.
Buna cavab olaraq İsrail Hərbi Hava Qüvvələri Livanın cənubundakı Hizbullah postlarına reydlər həyata keçirib.