Tornado Nyu-Yorku vurdu: 83 tonluq təyyarə ...

13:39 - 18 İyul 2024 - DÜNYA

ABŞ-ın Nyu-York şəhərində baş verən tornado nəticəsində bir nəfər ölüb.

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, B-52 bombardmançı təyyarəsi şiddətli fırtınada sürüklənərkən kilsənin damı uçub. Bütün ştatda fövqəladə vəziyyət elan edilib.

Məlumata görə, ABŞ-ın Nyu-York ştatında güclü tufan və tornado fəsadlar törədib. Tornadonun təsirindən ağaclar və elektrik xətləri aşdığı halda, evlərə və iş yerlərinə ziyan dəyib. Nyu-York qubernatoru Keti Hochul ştatda fövqəladə vəziyyət elan edib və tornadonun dağıntılara səbəb olduğu Roma şəhərinə baxış keçirib. Qubernator bildirib ki, tornado zamanı avtomobilini yoxlamaq üçün çölə çıxan 82 yaşlı adam ölüb.

Griffiss Hərbi Hava Bazasında yerləşən 83 min kiloqram ağırlığında B-52 bombardmançı təyyarəsinin tornadonun təsiri ilə sürükləndiyini bildirən Hochul, 19-cu əsrə aid Müqəddəs Məryəm kilsəsinin damının uçduğunu bildirib. Şəhərdə 4 bina yararsız hala düşüb, 22 binaya ciddi ziyan dəyib.

Ölkə üzrə 300 minə yaxın abonent işıqsız qalıb.

Xəbər xətti