Kiyev qarşıdakı 12 ay ərzində robotlardan cəbhədə istifadə edəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə strateji sənayelər naziri Aleksandr Kamışin bildirib.
“Ukrayna ordusu gələn il ərzində Rusiyaya qarşı döyüşmək üçün robotlardan istifadə etməyə başlayacaq”, - o, deyib.
Qeyd olunur ki, robotların əksəriyyəti Qərb tərəfdaşlarının iştirakı olmadan Ukraynada istehsal olunacaq. Ukrayna qoşunlarının onlardan quru döyüşləri və tibbi məqsədlər üçün istifadə edəcəyi gözlənilir.