"Qarabağ" yeni mövsüm üçün növbəti transferini reallaşdırıb.
Ucnoqta.az xəbər verir ki, komanda qapıçı Şahrudin Məhəmmədəliyevi heyətinə cəlb edib.
30 yaşlı qapıçı ilə bir illik müqavilə imzalanıb. Ötən mövsümdə Türkiyənin “Adana Demirspor” klubunun formasını geyinən futbolçu 2025-ci ilin yayına qədər komandada çıxış edəcək.
Məhəmmədəliyev 2016-24-cü illərdə "Qarabağ"ın formasını geyinib. O, 2024-cü ilin yayında “Qarabağ”dan Türkiyə klubuna transfer edilib.