İspaniyanın hökumət meteorologiya qurumu həddindən artıq istilər səbəbindən ölkənin bir çox regionlarında potensial təhlükəli hava şəraiti ilə bağlı xəbərdarlıq edib.
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, Agentlik əksər əyalətlərdə xəbərdarlıq səviyyəsini sarı (təhlükə) və narıncı (yüksək təhlükə) səviyyəsinə qaldırıb.
Proqnozlara görə, havanın temperaturu 44 dərəcəyə çata bilər. Yaxın bir neçə gün ərzində kəskin hava şəraiti ilə bağlı xəbərdarlıq edilib. Madriddə temperaturun 37 dərəcəyə yüksələcəyi gözlənilir.
Ölkədə həddindən artıq istilər fonunda yüksək meşə yanğını təhlükəsi ilə bağlı xəbərdarlıq da edilib.