Polşa Ukraynaya 100 milyon avro dəyərində hərbi yardım göndərir

11:56 - 18 İyul 2024 - DÜNYA

Polşa Kiyevə 100 milyon avro məbləğində növbəti hərbi yardım paketi hazırlayıb.

Ucnoqta.az xəbər verir ki, bu məlumatı “Radio Zet” radiostansiyasında respublikanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamış təsdiqləyib.

O, Polşanın müdafiə sahəsində əməkdaşlıq sazişi əsasında Ukraynaya ÜDM-in 0,25%-i səviyyəsində yardım göstərməyi öhdəsinə götürüb-qoşmadığı sualına cavab verməyib.

Bildirilir ki, Varşava artıq Kiyevə hərbi dəstək üçün təxminən 4,5 milyard avro xərcləyib. 

Xəbər xətti