Kanadanın xarici işlər naziri Melani Joli 18-20 iyul tarixlərində Çinə səfər edəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Cian bildirib.
O, brifinqdə bildirib ki, Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü, Çin Xalq Respublikasının xarici işlər naziri Vanq Yinin dəvəti ilə Kanadanın xarici işlər naziri Melani Coli iyulun 18-20-də Çinə səfər edəcək.