ABŞ müttəfiqləri təhlükəsizliklərinə özləri cavabdeh olacaqlar - Vens

07:59 - 18 İyul 2024 - DÜNYA

ABŞ-ın müttəfiqləri öz təhlükəsizliyini təmin etmək və sülhü qorumaq üçün məsuliyyət daşıyacaqlar.

Ucnoqta.az xəbər verir ki, bunu Respublikaçılar Partiyasından ABŞ-ın vitse-prezidenti vəzifəsinə namizəd Ceyms Devid Vens çərşənbə günü axşam Milvokidə (Viskonsin ştatı) keçirilən milli qurultayında çıxışı zamanı deyib.

O qeyd edib ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp noyabrda keçiriləcək seçkilərdə qalib gəlsə, müttəfiqlərimiz bütün dünyada sülhün qorunması yükünü daşıyacaqlar. "ABŞ-ın müttəfiqi ölkələri üçün daha pulsuz gəzintilər yoxdur" - o, əlavə edib.

Xəbər xətti