ABŞ-ın müttəfiqləri öz təhlükəsizliyini təmin etmək və sülhü qorumaq üçün məsuliyyət daşıyacaqlar.
Ucnoqta.az xəbər verir ki, bunu Respublikaçılar Partiyasından ABŞ-ın vitse-prezidenti vəzifəsinə namizəd Ceyms Devid Vens çərşənbə günü axşam Milvokidə (Viskonsin ştatı) keçirilən milli qurultayında çıxışı zamanı deyib.
O qeyd edib ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp noyabrda keçiriləcək seçkilərdə qalib gəlsə, müttəfiqlərimiz bütün dünyada sülhün qorunması yükünü daşıyacaqlar. "ABŞ-ın müttəfiqi ölkələri üçün daha pulsuz gəzintilər yoxdur" - o, əlavə edib.