Avropa Komissiyası (AK) Ukraynaya 4,2 milyard avroluq makromaliyyə yardımının ayrılmasını təsdiqləyib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen X sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
Beləliklə 2024-cü ilin ilk altı ayında Aİ-nin Ukrayna büdcəsinə ayırdığı maliyyə vəsaitinin həcmi 12 milyard avro təşkil edəcək.
Avropa “Ukraynanın azadlıq mübarizəsini və Avropa İttifaqına gedən yolu qətiyyətlə dəstəkləməyə davam edir”, - Fon der Leyen vurğulayıb.