Rusiyada benzinin qiyməti bir həftə ərzində 30 qəpik bahalaşıb

20:06 - 17 İyul 2024 - DÜNYA

2024-cü il iyulun 8-dən iyulun 15-dək Rusiyada benzinin orta istehlak qiymətləri 30 qəpik artaraq litri üçün 56,73 rubl təşkil edib.

Ucnoqta.az xəbər verir ki, statistikaya görə, Aİ-92 markalı benzinin orta qiyməti 27 qəpik artaraq litri 52,44 rubl təşkil edib. Aİ-95 markalı benzinin orta qiyməti 30 qəpik artaraq 1 litr üçün 57,32 rubl, Aİ-98 markalı benzinin qiyməti isə 47 qəpik artaraq 71,62 rubl təşkil edib.

Dizel yanacağı 16 qəpik bahalaşaraq 66,15 rubl təşkil edib.///tass

Xəbər xətti