ABŞ-ın keçmiş prezidenti Donald Trampı güllələyən Tomas Metyu Kruks siyasətçiyə sui-qəsd baş verən gün işdən bir günlük məzuniyyət götürüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə CNN hüquq-mühafizə orqanlarına istinadən yazıb.
Qeyd olunur ki, iyulun 13-də həmin şəxs işdə olub. Həmin gün o, müdirindən “bir işi görmək” üçün ona istirahət günü verməsini xahiş edib. Atıcı həmkarlarına iyulun 14-də işə qayıdacağı barədə xəbərdarlıq edib.
Donald Trampa sui-qəsd iyulun 13-də axşam saatlarında baş verib.