Əfqanıstanda daşqınlar azı 40 nəfərin həyatına son qoyub

12:43 - 16 İyul 2024 - DÜNYA

Əfqanıstanın şərqindəki Nanqarhar əyalətində baş verən daşqınlar nəticəsində azı 40 nəfər ölüb, 347 nəfər yaralanıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin radikal Taliban hərəkatının yaratdığı hökumətdəki rəsmi nümayəndəsi Şərafət Zaman bildirib.

Məlumata görə, çoxlu ev dağıdılıb, 40-a yaxın insan həlak olub.

Zaman qeyd edib ki, zərərçəkənlərə lazımi tibbi yardım göstərilir. Əfqanıstan mediasının məlumatına görə, Nanqarhar əyalətində daşqınlara güclü yağışlar səbəb olub.///tass

Xəbər xətti