Hindistanın şimal-şərqindəki Assam əyalətində may ayından bəri davam edən şiddətli daşqınlar və torpaq sürüşmələri nəticəsində son 24 saat ərzində ən azı 3 nəfər ölüb.
Ucnoqta.az xəbər verir ki, bununla da təbii fəlakət qurbanlarının ümumi sayı 96-ya yüksəlib.
Səlahiyyətlilər, 2,1 milyon sakinin evlərinin qismən və ya tamamilə su altında qaldığı əyalətin 35 mahalından 29-da daşqın zonasının daralmasına baxmayaraq, ölənlərin sayı artmaqda davam edir. Gün ərzində rayonun əsas çayında - Brahmaputrada, eləcə də onun Diqaru və Kollonq qollarında suyun səviyyəsində azalma qeydə alınıb.
Assamda daşqın qurbanlarının sayı təxminən 600 min nəfərdir. Dövlət 40 min sakinin yaşadığı 72 müvəqqəti sığınacaq düşərgəsi və daşqın qurbanları üçün daha 64 paylayıcı mərkəz yaradıb. Fəlakət bölgələrində xilasetmə işlərinə quru qoşunlarının, sərhəd qoşunlarının və Hərbi Hava Qüvvələrinin hərbçiləri cəlb olunub.///tass