Kolumbiya Futbol Federasiyasının prezidenti və Cənubi Amerika Futbol Konfederasiyasının vitse-prezidenti Ramon Jesurun və oğlu Amerika Kubokunun final oyunundan sonra təhlükəsizlik əməkdaşına hücum etdikləri üçün həbs edilib.
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə stadionun alt tribuna otaqlarından birində baş verib. 71 yaşlı Xesurun və onun 43 yaşlı oğlu bir neçə mühafizəçi ilə dava etməkdə ittiham olunurlar.
Futbol rəsmisi və oğlu mükafatlandırma mərasimində iştirak etmək üçün meydana daxil olmaq istəsələr də, akkreditasiya olmadığı üçün içəri buraxılmayıb. Hər ikisi matçdan sonra həbs edilib.