Messi aldığı zədədən sonra səhhəti barədə danışıb

10:33 - 16 İyul 2024 - İDMAN

Messi Amerika Kubokunun finalında aldığı zədədən sonra səhhəti barədə danışıb

Ucnoqta.az xəbər verir ki, Argentina millisinin hücumçusu Lionel Messi İnstaqram səhifəsində komandasının Amerika Kubokunda qazandığı qələbəyə həsr olunmuş paylaşım edib və zədəsindən sonra özünü yaxşı hiss etdiyini bildirib.

“Amerika Kuboku başa çatdı və ilk növbədə mesajlara və təbriklərə görə hər kəsə təşəkkür etmək istəyirəm. Allaha şükürlər olsun ki, yaxşıyam və ümid edirəm ki, tezliklə ən çox sevdiyim işdən həzz alaraq meydançaya qayıdacam. Mən çox şadam, xüsusən də məqsədimizə çatdığımız üçün”, - Messi deyib.

Xəbər xətti