Onlarla nümayişçi Təl-Əvivin şərq hissəsindəki Ayalon şossesinə çıxaraq Qəzza zolağında saxlanılan girovların tezliklə evlərinə qayıtmasını tələb edərək, Təl-Əviv metropoliteninin əsas nəqliyyat marşrutlarından biri boyunca hərəkəti bağlayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ynet portalı məlumat yayıb.
Məlumata görə, aralarında radikallar tərəfindən oğurlananların qohumlarının da olduğu nümayişçilər İsrail hakimiyyətindən Qəzzadan girovların dərhal azad edilməsini tələb edirlər.