Ukrayna səfiri Hindistan XİN-ə çağrıldı

09:34 - 16 İyul 2024 - DÜNYA

Hindistanın Xarici İşlər Nazirliyi bazar ertəsi Ukrayna səfirini Ukrayna prezidenti Volodimir Zelenskinin baş nazir Narendra Modinin Rusiyaya səfəri ilə bağlı söylədiyi fikirlərə görə çağırıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə “The Economic Times” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Hindistan Zelenskinin Narendra Modinin Rusiyaya səfəri ilə bağlı bəyanatlarından narahatlığını və narazılığını bildirib və o, Hindistan hökumətinin başçısının Rusiya prezidenti Vladimir Putinlə görüşünü sülh səylərinə sarsıdıcı zərbə” adlandırıb.

Nəşr yazır ki, bununla əlaqədar Hindistan mədəni əlaqələrin inkişafı üzrə Hindistan-Ukrayna birgə işçi qrupunun görüşünü təxirə salıb.

Xəbər xətti