Kim Çen Inın bacısı Cənubi Koreyanı hədələdi

08:37 - 16 İyul 2024 - DÜNYA

Şimali Koreya lideri Kim Çen Inın bacısı, Koreya Fəhlə Partiyası Mərkəzi Komitəsinin şöbə müdirinin müavini Kim Yo Conq Cənubi Koreyanı təbliğat vərəqələri olan şarların KXDR ərazisinə atılmasının “dəhşətli və dözülməz” nəticələri ilə hədələyib.

Ucnoqta.az xəbər verir ki, o, bu barədə KXDR Mərkəzi Teleqraf Agentliyinin (KCNA) yaydığı bəyanatda bildirib.

"Bir daha sizi ciddi şəkildə xəbərdar edirəm - onlar dəhşətli və dözülməz nəticələrə hazır olmalıdırlar" - o, deyib.

Onun sözlərinə görə, bu yaxınlarda Cənubi Koreyadan buraxılan 29 şar yenidən KXDR ilə sərhəd ərazisində aşkarlanıb.///tass

Xəbər xətti