Daha 1110 rusiyalı hərbiçi, 13 tank, 45 PUA ... - Rusiyanın itkiləri artır

08:30 - 16 İyul 2024 - DÜNYA

Son sutkada Rusiya ordusunun itkiləri daha da artıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Belə ki, ötən gün ərzində daha 1110 rusiyalı hərbçi müharibədə həlak olub. Bununla da Rusiya ordusunun ümumi döyüş itkiləri 561400 nəfərə çatıb

Həmçinin Rusiya ordusunun 13 tank, 36 zirehli texnika, 44 artilleriya sistemi, 45 PUA, 57 avtomobil, 8 xüsusi texnikası Ukraynada məhv edilib.

Xəbər xətti