İsrail Qəzza-Misir sərhəd bölgəsindən qoşunlarını çıxarmayacaq - Netanyahu

00:02 - 16 İyul 2024 - DÜNYA

İsrail ordusu Filadelfiya dəhlizi adlanan əraziyə - Qəzza zolağı ilə Misirin sərhəddindəki əraziyə nəzarəti saxlamaq niyyətindədir.

Ucnoqta.az xəbər verir ki, bunu İsrail televiziyasının 14-cü kanalına müsahibəsində Yəhudi Dövlətinin Baş naziri Benyamin Netanyahu deyib.

Eyni zamanda o qeyd edib ki, bundan əvvəl qoşunların ərazidən çıxarılmasının mümkünlüyünü etiraf edən İsrailin müdafiə naziri Yoav Qalantın fikri bütün hökumətin mövqeyini əks etdirmir.

Xəbər xətti