Polis tərəfindən digər dövlət qurumları ilə birgə sanitariya-gigiyena qaydalarının pozulması hallarına qarşı tədbirlər davam etdirilir.
Ucnoqta.az DİN-ə istinadən xəbər verir ki, paytaxtın Suraxanı rayonunda keçirilən tədbir zamanı Hövsan qəsəbəsi, “MİDA-2” yaşayış kompleksi ərazisində tullantıların qalaqlanması və yandırılması aşkar edilib.
Sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə əraziyə cavabdeh olan QSC barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.
Bu istiqamətdə tədbirlər davam etdirilir.