Ermənistanda ABŞ-la birgə hərbi təlim başlayıb

15:19 - 15 İyul 2024 - DÜNYA

İyulun 15-də ER Müdafiə Nazirliyinin Vazgen Sarkisyan adına Hərbi Akademiyasında “Qartal tərəfdaşı 2024” erməni-amerikan birgə təlimlərinin başlanması elan edilib.

Ucnoqta.az erməni mətbuatına istinadən xəbər verir ki, təlimin açılış mərasimində Ermənistan Respublikasının müdafiə naziri Suren Papikyan, ABŞ-ın Ermənistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Kristina Quinn və başqaları iştirak ediblər.

Xəbər xətti