Gürcüstan prezidenti Salome Zurabişvili xarici agentlər haqqında qanunun ləğvinə nail olmaq üçün Konstitusiya Məhkəməsində iddia qaldıracaq.
Ucnoqta.az RİAnovosti-yə istinadən xəbər verir ki, Zurabişvili qəbul edilən qanunun Gürcüstan Konstitusiyasının 78-ci maddəsinə uyğun olub-olmadığını müəyyənləşdirməyi tələb edəcək.
Bu maddə konstitusiya orqanlarının ölkənin Aİ və NATO-ya inteqrasiyası üçün bütün tədbirləri görməyə borclu olduğunu nəzərdə tutur.