Estoniyanın baş naziri Kaja Kallas və ölkə hökuməti istefa verib. O, yeni kabinet işə başlayana qədər fəaliyyətini davam etdirəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Estoniya mediası Kallasın vəzifəsini tərk etmək niyyəti barədə iyulun 12-də məlumat yayıb.
Bu qərara səbəb onun Josep Borrell əvəzinə Aİ diplomatiyasının rəhbəri vəzifəsinə namizəd kimi irəli sürülməsidir. Estoniya hökumətinin başçısı postunu Estoniyanın iqlim məsələləri üzrə naziri Kristen Mixal tuta bilər.