Gürcüstan parlamentinin 2024-cü ilin mayında qəbul etdiyi xarici agentlər haqqında qanun bir neçə həftədən sonra qüvvəyə minəcək.
Ucnoqta.az xəbər verir ki, bunu brifinqdə parlamentin təhsil, elm və gənclərlə iş komitəsinin rəhbəri Givi Mikanadze deyib.
“Xatırladıram ki, qanun hələ qüvvəyə minməyib. Təxminən bir neçə həftə ərzində bu qanun qüvvəyə minəcək və proseslərin necə inkişaf edəcəyini görəcəyik” - o, deyib.